Vens İranla dialoqun bərpasını istisna etmir

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 11:20 (UTC +04:00)
Vens İranla dialoqun bərpasını istisna etmir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə danışıqlar aparıb və onunla ABŞ ilə İran arasında dialoqun bərpası istiqamətində səyləri müzakirə edib.

Bu barədə “Axios” portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid mənbələrə istinadən “X” sosial şəbəkəsində məlumat verib.

Qətərin Baş naziri ilə ABŞ-nin vitse-prezidenti arasında görüş Ağ Evdə keçirilib.

Bundan əvvəl ABŞ-nin dövlət katibi Marko Rubio da Qətərin Baş naziri ilə görüşüb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli məsələlər üzrə ABŞ-Qətər strateji dialoqunun səkkizinci raunduna başlayıblar.

ABŞ Prezidenti Donald Tramp noyabrın 22-də “Fox News” telekanalına müsahibəsində Vaşinqton və Tehranın münaqişəyə son qoyulması ilə bağlı dolayı məsləhətləşmələri davam etdirdiyini bildirib. ABŞ lideri, həmçinin İranla razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra bu ölkəyə zərbələrin bərpasına meyilli olduğunu qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti