Bakı.Trend:
Bakının Lökbatan qəsəbəsində avtomobilin vurması nəticəsində həyatını itirən 10 yaşlı qızın Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub.
Trend-in əldə etdiyi məlumata görə, qəza nəticəsində həyatını itirən Emiliya V sinifdə təhsil alırdı.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bugün onun həyatını itirdiyi yol qəzazı ilə bağlı videogörüntülər yayıb.
Hadisə noyabrın 22-də saat 13:00 radələrində Lökbatan qəsəbəsində baş verib. Yaşıdları ilə oynayan Emiliya meydançadan kənara düşən topu götürmək üçün yolun hərəkət hissəsinə qaçarkən avtomobil onu vurub. Nəticədə uşaq həyatını itirib.
İlkin ehtimala görə, sürücünün yaşayış zonası üçün nəzərdə tutulan sürət həddini aşması və yola qaçan uşağı vaxtında görməməsi faciə ilə nəticələnib.
