Təxliyə edildilər, dərhal hərbi xidmətə çağırıldılar

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 13:22 (UTC +04:00)
Təxliyə edildilər, dərhal hərbi xidmətə çağırıldılar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın Xerson vilayətinin Oleşki şəhərindən təxliyə edilən kişilər ölkəyə daxil olduqları ilk blokpostda hərbi xidmətə çağırılıblar.

“Strana.ua” Telegram kanalının məlumatına görə, bu barədə Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasından olan deputatı Sergey Kozır məlumat verib.

Ukraynalı siyasətçi bildirib ki, qaçqınlar Belarusdan Volın vilayətindəki yeganə sərhəd-keçid məntəqəsi vasitəsilə Ukrayna ərazisinə daxil olublar. Onun sözlərinə görə, sərhədi keçdikdən sonra ilk və ya ikinci blokpostda kişilərə hərbi-həkim komissiyalarında müayinədən keçmələri üçün çağırış vərəqələri təqdim edilməyə başlanılıb.

“İkinci məsələ isə ondan ibarətdir ki, onlara çağırış vərəqəsi təqdim edilərkən, heç olmasa ailələrini orada yerləşdirmək, ailələri ilə birləşmək və ya adi bir insan üçün zəruri olan digər işləri görmək imkanı verilməsini xahiş edirdilər”, – deyə o, Oleşkidən çıxan Ukrayna vətəndaşlarının sözlərini çatdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti