O hüquqlar qadına da, kişiyə də başa salınmalıdır – Rektor

Cəmiyyət Xəbər 24 Noyabr 2026 13:03 (UTC +04:00)
O hüquqlar qadına da, kişiyə də başa salınmalıdır – Rektor
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Kəbin kəsilərkən din xadimləri qadına da, kişiyə də dini nikahda hansı hüquqlara malik olduqlarını izah etməlidirlər.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çərşənbə axşamı “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransın “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel müzakirəsində deyib.

Rektor bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanovanın kəbin zamanı qadınlara hüquqlarının izah edilməməsi barədə qeydinə cavab olaraq səsləndirib. O, paneldə iştirak edən din xadimlərinin bu məsələyə diqqət yetirdiklərinə inandığını və maarifləndirmənin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

“Nikah zamanı o hüquqlar qadına da, kişiyə də başa salınmalıdır. Bu çatdırılmalıdır”, – deyə Aqil Şirinov qeyd edib.

Onun sözlərinə görə, din xadimləri qadın-kişi münasibətləri barədə maarifləndirmə apararkən Məhəmməd peyğəmbərin qadınlara münasibətini, Həzrət Xədicə və Həzrət Fatimənin həyatını nümunə göstərə bilərlər. Rektor İslamda və milli adət-ənənələrdə qadına verilən dəyərin bu nümunələr vasitəsilə insanlara çatdırılmasının vacibliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti