İndoneziya şirkəti Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edə bilər

İqtisadiyyat Xəbər 24 Noyabr 2026 11:59 (UTC +04:00)
İndoneziya şirkəti Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edə bilər
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

İndoneziya şirkəti Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edə bilər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən İndoneziya Biznes Forumunda İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.

Onun sözlərinə görə, İndoneziya tərəfi ölkəsinin şirkətlərindən birinin Qarabağın bərpası və inkişafı layihələrinə cəlb olunması imkanını nəzərdən keçirir.

“Bizim planımız var və bu plana əsasən, İndoneziya şirkətlərindən biri Qarabağdakı layihələrdə iştirak edə bilər. Söhbət yolların, xəstəxanaların tikintisi də daxil olmaqla, infrastrukturun qurulmasından və digər infrastruktur layihələrinin həyata keçirilməsindən gedir”, – deyə səfir bildirib.

O qeyd edib ki, İndoneziya biznesinin bərpa layihələrində iştirakı Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin istiqamətlərindən birinə çevrilə bilər.

Berlian Helminin sözlərinə görə, işgüzar əlaqələrin inkişafı və iki ölkənin şirkətlərinin birgə layihələrdə iştirakı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti