Hörmüz boğazında sayca 4-cü tanker partladı - SEPAH

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 15:55 (UTC +04:00)
Hörmüz boğazında sayca 4-cü tanker partladı - SEPAH
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Hörmüz boğazından qanunsuz yolla keçməyə cəhd edən 4-cü neft tankerinin dəniz minasına düşməsi nəticəsində partlayış baş verib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Bu tankerdən öncə 3 neft tankeri Hörmüz boğazından qanunsuz şəkildə keçməyə cəhd edib. SEPAH-ın Hərbi Dəniz Qoşunlarının xəbərdarlığına baxmayaraq dəniz minasına düşən neft tankerləri Fars körfəzinə qayıtmağa məcbur olub”, -deyə o bildirib.

SEPAH bildirib ki, Hörmüz boğazının icazəsi olmayan marşrutlarından istifadə etməyin partlayış və yanğından başqa heç bir nəticəsi olmayacaq.

Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti