Vuçiç həbs olunacağı təqdirdə aclıq aksiyasına başlayacağını açıqlayıb

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 14:47 (UTC +04:00)
Vuçiç həbs olunacağı təqdirdə aclıq aksiyasına başlayacağını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç həbs ediləcəyi təqdirdə aclıq aksiyasına başlayacağını bəyan edib.

Bu barədə KP məlumat yayıb.

Vuçiçin sözlərinə görə, bu, bir milyona qədər insanın küçələrə çıxmasına səbəb ola bilər. O, bu barədə "Pink" telekanalının efirində bildirib və ölkəni tərk etmək niyyətində olmadığını vurğulayıb.

Vuçiç qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı dəqiq məlumat verməyib. Serb Tərəqqi Partiyası (SNS) bununla bağlı yekun qərarını dekabrın 13-də keçiriləcək qurultayında verəcək.

Serbiyada prezident seçkilərinin dekabrın 27-də keçirilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti