Gürcüstan və Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri davam etdirir - Maka Boçorişvili

Siyasət Xəbər 24 Noyabr 2026 19:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müəyyən işlər görülür.

Trend-in müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Gürcü nazir qeyd edib ki, bu proses qarşılıqlı hörmət əsasında aparılır:

“Bu məsələlər üzrə müvafiq komissiya mövcuddur. Onlar müntəzəm rejimdə işləyir, toplaşır, görüşür, bir-biri ilə əməkdaşlıq edir, proseslə bağlı məsələləri müzakirə edir. Təbii ki, prosesin irəliləməsi üçün hər iki tərəf çalışmalıdır və əlbəttə ki, bu istiqamətdə irəliləyiş olarsa, bunu alqışlayarıq.

Bu, bir-birinin maraqlarının maksimum dərəcədə nəzərə alınması və qarşılıqlı hörmət əsasında davam edən kifayət qədər mühüm prosesdir”.

Xəbər lenti

Xəbər lenti