Bakı.Trend:
1100-dən çox Gürcüstan vətəndaşı Azərbaycan universitetlərində təhsil alır.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hər iki ölkədə gənclər düşərgəsi formalaşır.
“Bütün bunlar sıx əməkdaşlığın bariz nümunələridir. Bu gün müxtəlif sahələrdə olan əməkdaşlığımızdan söhbət etdik”, - deyə nazir qeyd edib.
