Polşadakı insidentdən sonra NATO ölkəyə radiolokasiya təyyarəsi göndərib

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 17:08 (UTC +04:00)
Polşadakı insidentdən sonra NATO ölkəyə radiolokasiya təyyarəsi göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə uzaq radiolokasiya aşkarlama və idarəetmə (AWACS) təyyarəsi göndərib.

Bu barədə “Lenta” alyansın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) AWACS təyyarəsinin Polşada ön mövqedə yerləşdirilməsinə icazə verib. Hazırda o, Polşanın və digər ölkələrin müdafiəsini gücləndirmək məqsədilə əlavə qüvvələrin göndərilməsi imkanını da nəzərdən keçirir.

Alyansın nümayəndəsi vurğulayıb ki, bütün müttəfiqlər Varşava ilə tam həmrəylik nümayiş etdirir, NATO isə üzv ölkələrin ərazilərini istənilən təhdiddən qorumaq üçün birliyini və hazırlığını qoruyub saxlayır.

Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın respublikanın hava məkanının sursatlar tərəfindən pozulması ilə bağlı insidenti Avropa İttifaqında (Aİ) müzakirə etmək istədiyini bildirib. O, həmçinin baş verənlərlə əlaqədar Rusiyaya etirazlarını bildirəcəklərini deyib.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin cənub-şərqində hava məkanını pozan iki raketin və bir dronun yerə düşdüyünü bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti