Bakı. Trend:
Çağırışaqədərki hazırlıq dövründə gənclərin pilotsuz uçuş aparatları barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək.
Bu məsələ Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə tədiq edilən Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də öz əksini tapıb.
Belə ki, çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin edilir.
