Qarabağ separatçıları İrəvanda yeni ofis axtarır

Gündəm Xəbər 24 Noyabr 2026 17:14 (UTC +04:00)
Qarabağ separatçıları İrəvanda yeni ofis axtarır
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən qondarma rejim nümayəndələri özləri üçün yeni ofis axtarır.

Bu barədə “Qraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş qondarma rejimin nümayəndələri bir neçə sahibkara müraciət edərək yeni nümayəndəlik üçün uyğun məkan tapmaqda kömək istəyiblər.

Məlumata əsasən, noyabrın 26-da Apellyasiya İnzibati Məhkəməsi separatçıların "İrəvandakı nümayəndəliyinin" hazırkı binasının mülkiyyət hüququ ilə bağlı mübahisəyə baxacaq.

Məhkəmənin Baş Prokurorluğun əmlakın qeydiyyatının etibarsız sayılması tələbi ilə razılşacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti