ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollardan çox vəsait qaytarılıb

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 02:57 (UTC +04:00)
ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollardan çox vəsait qaytarılıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin hüquq-mühafizə orqanları ölkə tarixində dələduzluğa qarşı ən böyük əməliyyat çərçivəsində martın əvvəlindən indiyədək kiberdələduzluq qurbanlarına 8 milyard dollardan çox vəsait qaytarıblar.

Bu barədə ABŞ-nin baş prokuroru Todd Blanş Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın mart ayında kiberdələduzluqla mübarizəyə dair fərmanı imzalamasından sonra 85 federal məhkəmə dairəsində 400-dən çox cinayət işi açılıb. Bu işlər üzrə məhkəmə və ekstradisiya prosedurları 800-dən çox şəxsi əhatə edib. Onların bir qismi təqsirini etiraf edib, digərləri isə artıq məhkum olunub.

“Biz dələduzluq qurbanlarına itirmək təhlükəsi ilə üzləşdikləri 8 milyard dollardan çox vəsaiti qaytarmağa nail olduq. Bu, tarixdə dələduzluğa qarşı ən böyük əməliyyatdır”, - deyə T.Blanş vurğulayıb.

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel isə qurumun qanunsuz yolla əldə edilmiş təxminən 17 milyard dollar vəsaiti və 14 mindən çox rəqəmsal cihazı müsadirə etdiyini bildirib.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində dörd qitədə fəaliyyət göstərən 29 cinayətkar təşkilatın fəaliyyəti də dayandırılıb.

Xəbər lenti

Xəbər lenti