Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 21:36 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxdıqdan sonra qəza edib.

Hadisə yerində helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti