Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar
Gülerə başsağlığı verib.
Başsağlığında deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi
helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi
qulluqçunun həlak olması haqqında xəbər məni dərindən
kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının
dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı
verirəm.
Allah rəhmət eləsin".
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Foto: Ministry of Defence of the Republic of Azerbaijan
