ABŞ-nin MKİ və Milli Kəşfiyyat Direktorunun İdarəsinin sisteminə kiberhücum olub

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 03:31 (UTC +04:00)
ABŞ-nin MKİ və Milli Kəşfiyyat Direktorunun İdarəsinin sisteminə kiberhücum olub
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun İdarəsi elektron sistemlərindən birinin parolunun sındırılması faktını aşkarlayıb.

Kiberhücum ABŞ kəşfiyyatının ehtiyacları üçün açıq mənbələrdən məlumatların təhlili məqsədilə istifadə olunan sistemə təsir edib.

Hakerlərin hansı məlumatları ələ keçirə bildiyi hələlik məlum deyil. Bununla belə, nəşrin mənbələrinin iddiasına görə, məxfi məlumatların təhlükə altına düşmədiyi bildirilir.

Qeyd edək ki, ötən həftə Federal Təhqiqatlar Bürosunun (FTB) hüquqpozuntuları ilə bağlı məlumat bazası olan Milli Cinayət Məlumat Mərkəzinin parolunun sındırıldığı barədə məlumat yayılıb.

Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində də nasazlıq yarandığı məlum olub.

Xəbər lenti

Xəbər lenti