İndoneziyada su basmış qızıl mədənində 29 şaxtaçı yerin altında qalıb

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 08:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlar nəticəsində su basmış qanunsuz qızıl mədənində təxminən 29 şaxtaçı yerin altında qalıb.

Şaxtaçılar bazar ertəsindən etibarən yerin 100 metr dərinliyində yerləşən mədəndə köməksiz vəziyyətdədirlər.

Mədənin girişinin dar olması, qaranlıq və suyun səviyyəsinin yüksəlməsi xilasetmə əməliyyatını çətinləşdirir.

Hadisə paytaxt Cakartadan 60 kilometr cənubda, Boqor bölgəsinin Ponqkor ərazisində baş verib. Hazırda şaxtaçıların xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, İndoneziyada qanunsuz və kiçikmiqyaslı mədənçilik fəaliyyəti tez-tez müxtəlif qəzalara səbəb olur.

Xəbər lenti

Xəbər lenti