Hörmüz boğazı yaxınlığında konteyner gəmisi dəniz minasına düşüb - SEPAH

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 06:31 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında konteyner gəmisinin dəniz minasına düşdüyünü açıqlayıb.

Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, gəmi İranın icazə verdiyi marşrutdan kənar hərəkət edib, avtomatik identifikasiya sistemini söndürüb və İran hakimiyyətinin göstərişlərinə əməl etməyib. Dəniz minası ilə toqquşmadan sonra gəmi hərəkətini dayandırmağa məcbur olub.

SEPAH kommersiya gəmilərini təhlükəsiz hərəkəti təmin etmək məqsədilə Hörmüz boğazında müəyyən edilmiş marşrutlardan istifadə etməyə və dəniz təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti