Bakı. Trend:
Sakit okeanda, Antarktida sahillərindən 855 kilometr məsafədə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasında yerləşən Dunedin şəhərindən 1 927 kilometr cənubda olub. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:39-da qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,9, ocağının dərinliyi isə 10 kilometr təşkil edib.
