İngiltərədə anomal istilər bu il 5 mindən çox insanın ölümünə səbəb olub

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 08:31 (UTC +04:00)
İngiltərədə anomal istilər bu il 5 mindən çox insanın ölümünə səbəb olub
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərədə 2026-cı ilin may-sentyabr aylarında anomal istilərlə əlaqəli 5 258 ölüm hadisəsi qeydə alınıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Bu barədə İngiltərənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) hesabatında bildirilib.

Ən çox ölüm iyunun 21-dən 28-dək davam edən isti hava dalğası ilə əlaqələndirilib. Həmin müddətdə təxminən 2 401 nəfərin həyatını itirdiyi ehtimal olunur.

Müqayisə üçün, anomal istilərlə əlaqəli ölüm hallarının sayı 2022-ci ilin yayında 2 985, 2023-cü ildə 2 295, 2024-cü ildə 1 311, 2025-ci ildə isə 1 504 olub.

Hesabatda iqlim dəyişikliyi nəticəsində anomal istilərin müddətinin, tezliyinin və intensivliyinin artacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti