Bakı. Trend:
Qubada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Trend-in məlumatına görə, noyabrın 24-də Vəfadar Ayazik oğlu Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Rəna Eynulla qızı Orucovanı vurub.
R.Orucova aldığı xəsarətlərdən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Mirzəyev şübhəli şəxs qismində tutulub.
