Bakı. Trend:
Bu günün ilk saatlarında Hörmüz boğazının cənub və şərq sahillərində iki neft tankeri dəniz minasına düşərək partlayıb və tankerlərdə yanğın baş verib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Sözügedən neft tankerləri gizli şəkildə Hörmüz boğazının qeyri-qanuni marşrutundan istifadə etməklə keçməyə cəhd edib. Lakin dəniz minalarından xilas ola bilməyiblər”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, gəmilərin radiodalğa və GPS sistemlərini söndürən gəmilərin ekipaj heyətlərinə xəbərdarlıq olunur ki, Hörmüz boğazından icazəsiz keçidlə minalara düşərək gəmiləri partlatmasınlar.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
