Azərbaycanda küləyin sürəti 24 m/s-dək güclənib, Şahdağa qar yağıb

Cəmiyyət Xəbər 25 Noyabr 2026 10:23 (UTC +04:00)
Azərbaycanda küləyin sürəti 24 m/s-dək güclənib, Şahdağa qar yağıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi bölgələrində yağış və qar yağır, bir sıra ərazilərdə isə şimal-qərb küləyinin sürəti 24 m/s-dək çatır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki və Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.

Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24 m/s, Zəngilanda 23 m/s, Ağstafada, Bakıda və Abşeron yarımadasında 20 m/s, Goranboyda 19 m/s təşkil edir.

Zaqatala, Daşkəsən, Lerik və Naftalanda küləyin sürəti 18 m/s, Sabirabad və Kəlbəcərdə 17 m/s, Tərtər, Şəmkir və Gədəbəydə 16 m/s, Şəkidə isə 15 m/s-dək güclənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti