Bir erməni ailəsi və yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada ermənipərəst jurnalistlə qarşıdurmada

Siyasət Xəbər 25 Noyabr 2026 13:52 (UTC +04:00)
Bir erməni ailəsi və yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada ermənipərəst jurnalistlə qarşıdurmada

Bakı. Trend:

Azərbaycanlı jurnalist, Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network” analitik platformasının rəhbəri Elçin Alıoğlu ermənipərəst jurnalistin məqaləsinə cavabının Meksikanın ən böyük qəzetində dərc olunmasına nail olub. Meksikalı jurnalist öz materialında Qarabağda yaşamış bir erməni ailəsinin timsalında Ermənistan–Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə çalışıb. Bununla əlaqədar həmkarımız Elçin Alıoğluna əzmkarlığına və Qarabağ münaqişəsi ilə bağlı həqiqəti Meksika ictimaiyyətinə çatdıra bildiyinə görə təşəkkürümüzü bildirmək istəyirik.

Meksikanın “El Heraldo de México” qəzeti Trend Beynəlxalq İnformasiya Agentliyinindirektor müavini, “Baku Network” analitik platformasının rəhbəri Elçin Alıoğlunun “Cənubi Qafqazda sülh birtərəfli narrativlər deyil, tarixi dəqiqlik tələb edir” adlı məqaləsini dərc edib. Köşə yazısı noyabrın 16-da həmin nəşrdə dərc olunan və bir erməni ailəsinin ifadələri əsasında hazırlanan “«Artsaxlılar» – sərhəd müharibəsinin qurbanları” reportajına cavab olub. Reportajın müəllifi, meksikalı jurnalist Mariel Penya (Mariel Peña) ermənipərəst mövqeyi ilə seçilir.

“Mülki əhalinin çəkdiyi iztirab hər zaman hörmətə layiq olsa da, mətn hadisələrin xronologiyasını təhrif edən və yüz minlərlə azərbaycanlının zorla köçürülməsini ört-basdır edən birtərəfli narrativ qurur”, – deyə müəllif yazır.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mübahisə barədə “sərhəd müharibəsi” ifadəsini işlətmək və 2020-ci və 2023-cü illərin hadisələrini bir-birinə qarışdırmaq düzgün deyil. Rusiya sülhməramlıları bölgəyə yalnız 44 günlük müharibənin yekunlarına əsasən, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra gəliblər. 2023-cü ilin sentyabrında isə Azərbaycan bir sutkadan az müddətdə antiterror tədbirləri keçirib və bundan sonra separatçı qurum buraxılıb. 2023-cü il oktyabrın 1-də BMT missiyası atəşkəsdən sonra mülki əhaliyə qarşı zorakılıq barədə məlumat almadığını təsdiqləyib.

Alıoğlu “blokada” iddiasını da rədd edir. Laçındakı sərhəd-keçid məntəqəsi qanuni idi və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü ilin iyulunda onun sökülməsi barədə göstəriş verməyib. Ağdamdan keçən alternativ humanitar marşrutu isə separatçılar özləri beton bloklarla bağlayıblar.

“Azərbaycanın «işğalı»ndan danışmaq hüquqi baxımdan absurddur. Dövlət öz suveren ərazisini işğal edə bilməz”, – deyə müəllif vurğulayır və xatırladır ki, 2023-cü il mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə daxil olduğunu etiraf edib. Əsl işğalı təxminən otuz il ərzində Ermənistan silahlı qüvvələri həyata keçirərək BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini pozub. Məqalədə qeyd olunur ki, Qarabağ, xüsusilə də Şuşa Azərbaycan musiqisinin və poeziyasının tarixi beşiyidir.

Müəllif 1947–1953-cü və 1987–1989-cu illərdə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlını, Qarabağdan olan məcburi köçkünləri və 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamının qurbanlarını xatırladır. Xocalı qətliamı 2011-ci ildə Meksika Senatının və Deputatlar Palatasının qətnamələri ilə soyqırımı kimi tanınıb. Mexiko şəhərindəki Tlaşkoake–Xocalı meydanı bu faciənin xatirəsini yaşadır. Təkcə 2020-ci ildən bəri işğal illərində basdırılmış minaların qurbanı 443 nəfər olub.

“Bu gün Bakı və İrəvan davamlı sülhə doğru irəliləyərkən <��…>, Meksika ictimaiyyəti hadisələrin yalnız bir hissəsini əks etdirən hekayələrə deyil, tarixi dəqiqliyə və hadisələrin bütövlükdə xatırlanmasına layiqdir”, – deyə Alıoğlu 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sazişə və 2026-cı ilin iyun seçkilərindən sonra Ermənistanda yaranmış yeni siyasi vəziyyətə istinad edərək fikrini yekunlaşdırır.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti