Bakı.Trend:
Qarabağın gələcək rifahı üçün əlimizdən gələni etməyə hazırıq.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfrasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Litva minatəmizləmə işində son vaxtlar topladığı təcrübəni Azərbaycanla bölüşə bilər.
“Qarabağın gələcək rifahı üçün əlimizdən gələni etməyə hazırıq. Regional sülh və təhlükəsizlik məsələsinə gəldikdə isə, Litva tərəfindən sizin konstruktiv rolunuza, cəsarətinizə, qüvvələrinizin fədakarlığına və sülhə sadiqliyinizə yüksək qiymət veririk”, - Budris qeyd edib.
Nazir həmçinin Cənubi Qafqazda tərəfdaşlıq və əlaqələrin genişlənməsi perspektivini gördüklərini də vurğulayıb.
