Bakı. Trend:
“Miss Universe-2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Puerto-Rikonu təmsil edən 27 yaşlı Cennifer Barreto olub.
Bu barədə "The New York Times" yazır.
Bu il tac uğrunda 116 iştirakçı mübarizə aparıb. 75-ci yubiley müsabiqəsinin final mərhələsi Puerto-Rikonun paytaxtı San-Xuan şəhərində keçirilib.
Qalib psixologiya üzrə bakalavr, həmçinin psixologiya və sosial iş üzrə magistr dərəcələrinə malikdir. Barreto 2021-ci ildə ABŞ-nin Texas ştatındakı Fort-Kavazos hərbi bazasında ABŞ ordusunda çalışmağa başlayıb. O, burada məişət zorakılığı və uşaqlara qarşı qəddar rəftar qurbanlarına yardım göstərib, həmçinin hərbçilərin ailələri ilə işləyib.
Dominikan Respublikasının təmsilçisi Melissa Nunes birinci vitse-miss, Venesuelanı təmsil edən Klara Veqas isə ikinci vitse-miss seçilib.
Finalçıların ilk beşliyinə, həmçinin Filippin təmsilçisi Beatris Millan-Vindorski və Yeni Zelandiya təmsilçisi Corciya Vaddinqton daxil olublar.
