Azərbaycan hazırda güclü, özünü təmin edən ölkədir - Kestutis Budris

Siyasət Xəbər 25 Noyabr 2026 13:29 (UTC +04:00)
Azərbaycan hazırda güclü, özünü təmin edən ölkədir - Kestutis Budris
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan hazırda güclü, özünü təmin edən ölkədir. Avropa və digərləri ilə yaxşı tərəfdaşlığa, aydın strateji baxışa və zəngin təcrübəyə sahibdir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfrasında çıxışı zamanı deyib.

Litvalı nazir bildirib ki, Azərbaycan Avropa ölkələri üçün etibarlı tərəfdaşdır.

“Biz həqiqətən də sıx münasibətlər və əlaqələr dövründəyik. Biz xalqlararası təmaslar üzərində işləyirik. Azərbaycandan gələn tələbələrin təhsil almağa gəlməsi ilə fəxr edirik”, - o qeyd edib.

Budrisin sözlərinə görə, Avropa İttifaqının mövcud qaydalarına əsasən ayrı-ayrı üzv ölkələr müstəqil viza sahəsində, viza liberallaşdırılması sahəsində siyasəti həyata keçirmirlər. Bu proses birgə şəkildə Aİ adından və onun tərəfindən aparılır. Bununla belə, üzv dövlətlərin mövqeyi mühüm rol oynayır.

Nazir bildirib ki, 2027-ci ilin ilk yarısında Litva Respublikasının Avropa İttifaqı Şurasına sədrliyi nəzərə alınmaqla, viza məsələsinin gündəlikdə irəli aparılması üçün əlverişli imkan yarana bilər:

“Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri təkcə turizm ilə məhdudlaşmır, təhsil və biznes sahələrini də əhatə edir. Viza liberallaşdırılmasının bu istiqamətlərdə yeni imkanlar açacaq və səfər proseslərini asanlaşdıracaq”

Məqalədə:

Xəbər lenti

Xəbər lenti