Bakı. Trend:
Bakının Yasamal rayonunda qadın hamamda ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 24-də baş verib.
Həmidə Aslanova yaşadığı evin həyətində yerləşən hamamda çimərkən həyatını itirib. Onun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
