Britaniyada şahzadənin iqamətgahını qarət etməyə cəhd göstərən iki nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 16:00 (UTC +04:00)
Britaniyada şahzadənin iqamətgahını qarət etməyə cəhd göstərən iki nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya şahzadəsi Uilyamın Sandrinqemin iqamətgahını qarət etməyə cəhd göstərən iki nəfərə qarşı cinayət işi açılıb.

TASS-ın məlumatına görə bu barədə Norfolk qraflığının polis idarəsi məlumat yayıb.

Bildirilib ki, ittiham olunan şəxslər Londonun qərbində yaşayan 34 yaşlı Mirgen Doku və daimi yaşayış yeri olmayan 32 yaşlı Arilen Ndoçidir. Onlar oğurluq məqsədilə yaşayış binasına və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunurlar.

Məlumata görə, polis əməkdaşları noyabrın 23-də Sandrinqem mülkünün ərazisində şübhəli fəaliyyətlə bağlı məlumat aldıqdan sonra hadisə yerinə gəlib və iki nəfəri saxlayıblar. Onlar noyabrın 25-də Noric şəhərinin magistrat məhkəməsi qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, Anmer-Holl iqamətgahı mərhum kraliça II Yelizaveta tərəfindən şahzadə Uilyama Ketrin Middltonla evliliyi münasibətilə hədiyyə edilib. Britaniya KİV-lərinin məlumatına görə, qarət cəhdi zamanı kral ailəsinin üzvləri iqamətgahda olmayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti