Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin, eləcə də bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı müraciət edən rayon sakinlərinin şikayət və təklifləri
fərdi qaydada, diqqətlə dinlənilib.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən əhalinin
məşğulluğu, sosial müdafiə tədbirləri, yol infrastrukturunun
təmiri, sel suları nəticəsində yaranmış fəsadların aradan
qaldırılması, eləcə də digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi qəbul zamanı yerindəcə öz həllini tapmış,
əlavə araşdırılma tələb olunan məsələlər isə aidiyyəti üzrə müvafiq
qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qəbulda iştirak edən
məsul şəxslərlə birgə vətəndaşların müraciətlərini ətraflı müzakirə
edərək, qaldırılan hər bir məsələnin mövcud qanunvericiliyin
tələblərinə uyğun olaraq həll edilməsi ilə bağlı aidiyyəti
strukturlara konkret tapşırıqlar verib.