Paşinyanın partiyasının üzvlüyünə mane olan üç səbəb açıqlanıb - KİV

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 14:17 (UTC +04:00)
Paşinyanın partiyasının üzvlüyünə mane olan üç səbəb açıqlanıb - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda son dövrlərdə baş verən rezonans doğuran hadisələr hakim “Mülki Müqavilə” partiyasının Avropa Xalq Partiyasına (AXP) üzvlük prosesini çətinləşdirib.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, “Mülki Müqavilə” partiyasının AXP-yə üzvlüklə bağlı müraciəti artıq təxminən bir ildir ki, qərarsız qalır.

Qəzet üzvlük prosesini çətinləşdirən hallar sırasında aşağıdakı hadisələri qeyd edib:

Ermənistan parlamentində vitse-spiker Vaan Aleksanyanın iştirakı ilə baş verən və beynəlxalq mediada geniş işıqlandırılan dava; Stepanavan icmasının rəhbəri vəzifəsinə müxalifətdən namizəd olan Arsen Gevorkyanın istintaq təcridxanasında vəfat etməsi; Baş nazir Nikol Paşinyanla jurnalist Hripsime Cebecyan arasında baş verən insident.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti