Misirdə yanacaq daşıyan tankerdə baş verən yanğın nəticəsində 30 nəfər həlak olub

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 01:25 (UTC +04:00)
Misirdə yanacaq daşıyan tankerdə baş verən yanğın nəticəsində 30 nəfər həlak olub

Bakı. Trend:

Misir Səhiyyə Nazirliyi Gizanın Əl-Varraq bölgəsindəki dairəvi yolun yuxarı hissəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumatda hadisə yerinə 39 təcili yardım maşınının göndərildiyi və yanğın nəticəsində 30 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilib.

Misirin “Əl-Əhram” qəzetinin məlumatına görə, mülki müdafiə qrupları yanğını nəzarət altına alıb. Təhlükəsizlik qüvvələri məlumatdan sonra əraziyə göndərilib, yol polisi tıxacın qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yolu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlayıb və nəqliyyat vasitələrini alternativ yollara yönləndirib.

Xəbər lenti

Xəbər lenti