Qaradağda palçıq vulkanı püskürüb

Hadisə Xəbər 25 Noyabr 2026 23:55 (UTC +04:00)
Qaradağda palçıq vulkanı püskürüb

Bakı. Trend:

Noyabrın 25-də yerli vaxtla saat 14:06-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, püskürmə bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsi 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2 kilometr dərinlikdə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti