Şəkidə üçəm dünyaya gəlib – körpələr evə buraxılıb

Cəmiyyət Xəbər 25 Noyabr 2026 16:54 (UTC +04:00)
Şəkidə üçəm dünyaya gəlib – körpələr evə buraxılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şəki Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, 2002-ci il təvəllüdlü qadın hamiləliyinin 31-ci həftəsində, noyabrın 5-də xəstəxananın Doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində aparılan qeysəriyyə əməliyyatı nəticəsində üç oğlan uşağı dünyaya gəlib.

Körpələrin doğum çəkiləri müvafiq olaraq 1600, 1700 və 1800 qram olub.

Doğuşdan sonra yenidoğulmuşlar intensiv terapiya bölməsinə yerləşdirilərək zəruri tibbi yardım və müalicə ilə təmin ediliblər.

Aparılan müalicə və tibbi nəzarətdən sonra körpələrin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar noyabrın 23-də evə buraxılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti