Azərbaycana qar yağır

Cəmiyyət Xəbər 25 Noyabr 2026 16:54 (UTC +04:00)
Azərbaycana qar yağır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 16:00-a olan məlumatına əsasən, dağlıq ərazilərdə qar yağır.

Naxçıvan, Şərur, Şahbuz, Salyan, Neftçala, Lerik, Tovuz, Ağdam, Ağstafa, Hacıqabul, Bərdə, Sabirabad, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Xaçmaz, Qəbələ, Şəki, Mingəçevir, Oğuz, İmişli, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Beyləqan, Tərtər, Yevlax, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Bakıda və Abşeron yarımadasında yağış, Kəlbəcər, Sarıbaş (Qax), Daşkəsən, Xızı, Qrız, Quba, Qusar, Şahdağda isə qar yağır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Neftçalada 24, Goranboy, Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında 22, Kəlbəcərdə 20, Culfada 19, Lerik, Şabran, Naftalanda 18, Şirvanda 15 m/s-dək güclənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti