Bakı. Trend:
İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan İlahə Fərmanlı bu təyinata qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
