Bakıda və Sumqayıtda iki məktəbə yeni direktor təyin olunub

Cəmiyyət Xəbər 26 Noyabr 2026 11:43 (UTC +04:00)
Bakıda və Sumqayıtda iki məktəbə yeni direktor təyin olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən iki ümumi təhsil müəssisəsinə yeni direktorlar təyin olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə İlkin Əflatun oğlu Əliyev Bakıda fəaliyyət göstərən 67 nömrəli tam orta ümumtəhsil məktəbinə, Hicran Musa qızı Nəsirova isə Sumqayıt şəhər F.Piriyev adına 18 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, ixtisasca ingilis dili müəllimi olan İlkin Əliyev pedaqoji fəaliyyətə 2019-cu il sentyabrın 15-də başlayıb. O, yeni təyinatına qədər 136 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini vəzifəsində çalışıb.

Hicran Nəsirova isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bakalavr (2004) və magistratura (2006) pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. Pedaqoji fəaliyyətinə 2008-ci ildə Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi başlayan Nəsirova 2014-cü ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2022–2024-cü illərdə Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti