Bakı.Trend:
Putin dekabrın 10-da ənənəvi canlı yayım və geniş mətbuat konfransı keçirəcək.
Bu barədə "Gazeta" məlumat yayıb.
“Vladimir Putinlə ilin yekunları” proqramı dekabrın 10-da Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.
Kreml bildirilib ki, dövlət başçısı canlı yayımda başa çatmaqda olan ilin yekunlarını açıqlayacaq, jurnalistlərin və ölkə sakinlərinin suallarını cavablandıracaq.
Putinlə ənənəvi canlı yayım ilin son ayında geniş mətbuat konfransı ilə birləşdirilmiş formatda keçirilir. 2025-ci ildə tədbir dekabrın 19-da baş tutub. Tədbirə qədər toplanan sualların ümumi sayı 2,5 milyonu ötüb. Canlı yayım 4 saat 27 dəqiqə davam edib və rusiyalı prezident bu müddət ərzində 80-dən çox sualı cavablandırıb.
