Meksikalı futbolçu oyun zamanı güllələnib (FOTO)

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 10:34 (UTC +04:00)
Meksikalı futbolçu oyun zamanı güllələnib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Meksikalı futbolçu Luis Çaves həvəskar komandaların oyunu zamanı güllələnərək öldürülüb.

Bu barədə "TV Azteca" telekanalı məlumat yayıb.

Məlumata görə, futbolçu motosikletlə hərəkət edən silahlı dəstə üzvləri tərəfindən qətlə yetirilib. Hadisə zamanı daha bir nəfər xəsarət alıb.

26 yaşlı Çaves əvvəllər Meksika çempionatının gücünə görə üçüncü divizionunda çıxış edən “Atletiko San-Fransisko-del-Rinkon” klubunda oynayıb. Son vaxtlar isə o, “Arandas” həvəskar klubunun futbolçusu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti