Dövlət qurumunda bir sıra nöqsanlar aşkarlanıb - AÇIQLAMA

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 09:50 (UTC +04:00)
Dövlət qurumunda bir sıra nöqsanlar aşkarlanıb - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan dövlət investisiyalarının auditi zamanı bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasında qeyd edilib.

İclasda auditor Vüqar İbrahimov tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti