Bakı. Trend:
Ötən gün saat 20:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionundan çağırış qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə əlavə edilib.
