Rusiyada yüksək vəzifəli ordu generalı həbs edilib

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 12:59 (UTC +04:00)
Rusiyada yüksək vəzifəli ordu generalı həbs edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Hava Kosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Bu barədə “Kommersant” qəzeti məhkəmə materiallarına istinadən məlumat yayıb.

Noyabrın 25-də Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında onun barəsində qətimkan tədbiri seçib. Generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmır.

Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, hava hücumundan və raketdən müdafiə qoşunlarında rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildə Rusiya Hava Kosmik Qüvvələrinin silahlanma üzrə baş komandanının müavini təyin edilib və general-polkovnik rütbəsi alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti