Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib (FOTO)

Cəmiyyət Xəbər 26 Noyabr 2026 12:05 (UTC +04:00)
Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Qubada polis tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi riayət etməyin, sürət həddini aşmamağın, təhlükəsizlik kəmərindən istifadə etməyin və sükan arxasında diqqətli olmağın vacibliyi izah edilib.

Həmçinin, nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsi, nasaz avtomobillərin istismarına yol verilməməsi ilə bağlı sürücülərə xəbərdarlıqlar edilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi bildirilib.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti