Xaçmazda babasının pulunu oğurlayan nəvə saxlanılıb

Hadisə Xəbər 26 Noyabr 2026 15:35 (UTC +04:00)
Xaçmazda babasının pulunu oğurlayan nəvə saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən E. Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, araşdırma zamanı onun babasına məxsus evdən 1 500 manat oğurladığı müəyyən edilib.

E. Orucovun daha sonra rayon ərazisində beş avtomobilin şüşələrini sındıraraq onların salonundan maqnitofon və səs gücləndiriciləri oğurladığı bildirilir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E. Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti