Rəqəmsallaşma və sərhəd prosedurları ilə bağlı məsələlərin həlli Orta Dəhlizin dayanıqlığını artıracaq

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 14:28 (UTC +04:00)
Rəqəmsallaşma və sərhəd prosedurları ilə bağlı məsələlərin həlli Orta Dəhlizin dayanıqlığını artıracaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhlizin gələcək inkişafı müxtəlif ölkələrin dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini, dəniz daşımalarının təşkili ilə bağlı məsələlərin həllini, sərhəd prosedurlarının sadələşdirilməsini və sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasını tələb edir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş forumda "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, ADY son bir neçə ildə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirir və marşrutun inkişafında, yükdaşımaların həcminin artırılmasında, eləcə də regional tərəfdaşlarla etimad münasibətlərinin möhkəmləndirilməsində iştirak edən əsas dövlət qurumlarından biridir.

"Dəmir yolu nəqliyyatı özlüyündə ən ekoloji nəqliyyat növlərindən biridir. Bununla yanaşı, Orta Dəhlizin hazırkı inkişaf səviyyəsi, şərq və qərb istiqamətlərində yük axınlarının həcmi nəzərə alınarsa, dəmir yolu infrastrukturunun buraxılış qabiliyyəti artıq marşrutun əsas məhdudlaşdırıcı amili deyil.

Orta Dəhlizin dayanıqlılığını təmin etmək üçün müxtəlif ölkələrin dövlət qurumları arasında qarşılıqlı fəaliyyətə, Xəzər dənizi vasitəsilə daşımaların təşkilinə, həmçinin sərhədkeçmə prosedurlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir", - deyə E.Məmmədov bildirib.

O, həmçinin Orta Dəhlizin müxtəlif sahələrində vaqonların gözləməsi ilə bağlı məsələlərin həllinin zəruriliyini qeyd edib.

"Bu məsələlər birbaşa daşımalarla deyil, daha çox sənəd dövriyyəsinin təşkili və məlumat mübadiləsinin rəqəmsallaşdırılması ilə bağlıdır.

ADY son üç-dörd il ərzində bu istiqamətlərdə fəal iş aparır.

Orta Dəhliz iştirakçılarının görüşləri mövcud problemləri müzakirə etməyə və marşrutun buraxılış qabiliyyətinin artırılması üçün zəruri olan vəzifələri birgə müəyyənləşdirməyə imkan verir", - deyə o bildirib.

E.Məmmədov qeyd edib ki, qarşıdakı bir-iki ildə Orta Dəhliz iştirakçılarının əsas diqqəti, ehtimal ki, məhz bu məsələlərin həllinə yönələcək. Bu isə marşrutun inkişafını yeni mərhələyə çıxarmağa, onun dayanıqlılığını, etibarlılığını və proqnozlaşdırıla bilməsini artırmağa imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti