Bu ölkələr MDB-yə üzv ola bilər - Adlar çəkildi

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 13:19 (UTC +04:00)
Bu ölkələr MDB-yə üzv ola bilər - Adlar çəkildi
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) “MDB+” formatında qoşulması məsələsi hazırda işlənilir.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Birliyin 35 illiyinə həsr olunmuş müsahibəsində TASS-a bildirib.

Onun sözlərinə görə, Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə İran Prezidenti ilk dəfə iştirak edib və ölkəsinin “MDB+” formatına qoşulmaq istədiyini bəyan edib. Bu təşəbbüs MDB-yə üzv dövlətlər arasında maraq doğurub və ilkin qiymətləndirmələr əsasən müsbət olub.

“Hazırda məhz bu formatın ilk dövlət kimi İrana təqdim edilməsi məsələsi həll olunur”, – deyə Lebedev bildirib.

MDB-nin baş katibi qeyd edib ki, gələcəkdə Monqolustan və Serbiya da nəzəri olaraq “MDB+” formatına qoşula bilər.

“Bu, məncə, yalnız başlanğıcdır. Hələlik Monqolustan və Serbiya məsələsi, əlbəttə, sırf nəzəridir. Amma niyə də olmasın?” – deyə o əlavə edib.

Qeyd edək ki, oktyabr ayında İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Tehranla əməkdaşlıq üçün “MDB+1” formatının yaradılmasını təklif edib.

Pezeşkian vurğulayıb ki, strateji əhəmiyyətli region ölkələri çoxqütblü dünyanın formalaşması prosesində əsas iştirakçılar olmalıdır. O, həmçinin İranın etimad və ümumi maraqlara əsaslanan əməkdaşlığın və təhlükəsizliyin tərəfdarı olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti