Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 8% artıb

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 19:35 (UTC +04:00)
Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 8% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan tərəvəz və meyvə ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalıb, ixracın statistik dəyəri isə 8,1% artıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablama aparıb.

Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 660 min 487,05 ton tərəvəz və meyvə ixrac edilib. İxracın statistik dəyəri 695 milyon 474,54 min ABŞ dolları təşkil edib.

2026-cı ilin eyni dövründə tərəvəz və meyvə ixracının həcmi 620 min 580,09 tona düşüb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39 min 906,96 ton və ya 6% azalma deməkdir.

Bununla yanaşı, tərəvəz və meyvə ixracının statistik dəyəri artıb. Hesabat dövründə bu göstərici 751 milyon 603,66 min ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 56 milyon 129,12 min ABŞ dolları və ya 8,1% çoxdur.

Beləliklə, hesabat dövründə tərəvəz və meyvə ixracının fiziki həcmi azalsa da, statistik dəyərində artım qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti