Gələn ay Azərbaycana səfər edəcəyəm, lakin Bakıya yox - Simonyan

Siyasət Xəbər 26 Noyabr 2026 16:37 (UTC +04:00)
Gələn ay Azərbaycana səfər edəcəyəm, lakin Bakıya yox - Simonyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəli Azərbaycana səfər edəcəyini bildirib. Amma o söhbətin Bakıdan getmədiyini diqqətə çatdırıb.

Bu barədə "News Am" məlumat yayıb.

“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq və bu, Bakıda olmayacaq. Güman edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə səfər edəcəyəm, lakin Bakı olmayacaq”, - deyə Simonyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, Simonyan ötən həftə mətbuata verdiyi açıqlamada Azərbaycana səfər çərçivəsində texniki məsələlərin və əməkdaşlıq perspektivlərinin müzakirəsinin nəzərdə tutulduğunu bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti