Azərbaycan və Almaniyanın logistika assosiasiyaları arasında memorandum imzalanıb

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 16:07 (UTC +04:00)
Azərbaycan və Almaniyanın logistika assosiasiyaları arasında memorandum imzalanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Ekspeditorlar Assosiasiyası (Freight Forwarding Association of Azerbaijan, FFAA) və Almaniya Federal Logistika İttifaqı (Bundesvereinigung Logistik, BVL) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Trend-in müxbirinin verdiyi məlumata görə, imzalanma mərasimi noyabrın 26-da Bakıda keçirilən Dayanıqlı Nəqliyyat Günü münasibətilə Ümumdünya Forumu (World Sustainable Transport Day Forum) çərçivəsində baş tutub.

Sənədi FFAA-nın sədri Kamran Həbibov və BVL-in sədri Stefan Mirko Novak imzalayıblar.

Memorandum Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə imzalanıb.

Xəbər yenilənir...

Məqalədə:

Xəbər lenti

Xəbər lenti