Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib (FOTO)

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 16:30 (UTC +04:00)
Azərbaycan və Litva ticarət əlaqələrinin şaxələndirilməsini müzakirə edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın xarici işlər naziri Kęstutis Budryslə görüşüb. Görüşdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanlar nəzərdən keçirilib. Sənədin ticarət, investisiya və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub.

Tərəflər qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya əlaqələrinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıblar.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları, eləcə də nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti